Yumşaq buğda sortu P.P. Lukyanenko adına Krasnodar
Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır
Ümumi xarakteristikası: Sort ortaboylu olub yatmaya qarşı davamlıdır.
Vegetasiya müddəti 228-279 gün olur. Kollanması yaxşıdır. Kolların hündürlüyü
75-95 sm olur. Cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngdə
olur.
Növmüxtəlifliyi: lütessensdır. Sünbülü silindrik formada olub orta
uzunluqda, dəni orta irilikdə, şırımın xarakteri dayaz, rəngi qırmızı olub,
yumurtavari formada olur. Sünbüldə dənlərin sayı 35-40 ədəddir.
Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 95.0-100.0 s/ha-ya
qədər olur.
Dənin keyfiyyəti: 1000 dənin kütləsi 37-45 qramdır, dəndə zülalın
miqdarı 10-12%, kleykovinanın miqdarı 23-25%-dir.
"TANYA" buğda sortu
- Model: "Tanya" buğda sortu
- Mövcudluq: Anbarda
-
0.00
Etiketlər: Buğda sortu, tanya, toxum