Yumşaq buğda sortu P.P. Lukyanenko adına Krasnodar
Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır
Ümumi xarakteristikası: Sort ortaboylu olub yatmaya qarşı davamlıdır.
Vegetasiya müddəti 228-279 gün olur. Kollanması yaxşıdır. Kolların hündürlüyü
75-95 sm olur. Cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngdə
olur.
Növmüxtəlifliyi:
lütessensdir. Sünbülü silindrik formada olub orta uzunluqda, dəni orta irilikdə,
şırımın xarakteri dayaz, rəngi qırmızı olub, yumurtavari formada olur. Sünbüldə
dənlərin sayı 35-40 ədəddir.
Məhsuldarlığı:
Sortun potensial məhsuldarlığı 120.0 s/ha-ya qədər olur.
Dənin keyfiyyəti: 1000 dənin kütləsi 38-41 qramdır, dəndə zülalın
miqdarı 10-12%, kleykovinanın miqdarı 23-25%-dir.
"ALEKSEİÇ" buğda sortu
- Model: "Alekseiç" buğda sortu
- Mövcudluq: Anbarda
-
0.00
Etiketlər: Buğda sortu, alekseiç, rus sortu