• "BAQRAT" buğda sortu

Yumşaq buğda sortu P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır

Ümumi xarakteristikası: Sort nisbətən hündürboydur və yatmaya qarşı davamlıdır. Bitkilərin hündürlüyü 81-102 sm olur. Vegetasiya müddəti 219-278 gün olur. Kollanması yaxşıdır.

 Növmüxtəlifliyi: lütessensdir. Sünbülü silindrik formada olub orta uzunluqda olur. Sünbüldə dənlərin sayı 33-36 ədəddir.

 Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 107.0 s/ha-ya qədər olur.

Dənin keyfiyyəti: 1000 dənin kütləsi 37-45 qramdır

 Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Sarı və qonur pas xəstəliklərinə orta dərəcədə davamlı, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlıdır.

Becərilmə bölgələrin və sələfləri: Sort əsasən nəmliklə nisbi təmin olunmuş bölgələrdə becərilmək üçün qeydiyyata alınmışdır. Sələf kimi herik, çoxillik otlar, noxud, raps və s. götürülməsi məqsədəuyğundur.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci və üçüncü ongünlükləri aralığıdır.

Səpin norması: Hektara 5.0 milyon ədəd cücərən toxum səpilməsi tövsiyə olunur.

 

"BAQRAT" buğda sortu

  • Model: BAQRAT
  • Mövcudluq: Anbarda
  • 0.00


Etiketlər: "BAQRAT" buğda sortu, rus sortu