• "İOSİF" arpa sortu

Sort P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır

Ümumi xarakteristikası: İosuf arpa sortu yüksək məhsuldar, altıcərgəli, orta gec yetişən, yarpaq xəstəliklərinə davamlı, hündürboylu, şaxtaya orta davamlıdır. Vegetasiya müddəti 223-255 gün davam edir. 1000 dənənin çəkisi 39-45 qr (müəllifə görə - 42-49 q). Dəndə protein miqdarı standart səviyyədədir (10.0-12.5%).

 Növmüxtəlifliyi: Pallidiumdur. Yarpaqlarda antasion rənglənmə müşahidə olunmur. Sünbüllər orta ölçülüdür və bir az əyilmiş formada olur.

 Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 80.0 s/ha-ya qədər olur.

Dənin keyfiyyəti: 1000 dənin kütləsi 39-45 qramdır. Dəndə zülalın miqdarı 9.7-13.6 % olur.

 Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Xəstəliklərə və yatmaya davamlıdır.

Becərilmə bölgələrin və sələfləri: Sortun nəmliklə nisbi təmin olunmuş bölgələrdə becərilməsi tövsiyyə olunur. Sələf kimi herik, çoxillik otlar, noxud, raps və s. götürülməsi məqsədəuyğundur.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci və üçüncü ongünlükləri aralığıdır.

Səpin norması: Hektara 3.0-3.5 milyon ədəd cücərən toxum səpilməsi tövsiyə olunur.

 

 

"İOSİF" arpa sortu

  • Model: "İOSİF" arpa sortu
  • Mövcudluq: Anbarda
  • 0.00


Etiketlər: "İOSİF" arpa sortu, rus sortu