Yumşaq buğda sortu 2007-ci ildən Azərbaycan
Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxildir, kodu:
0000035 və patentlə mühafizə olunur (Patent № 00096).
Mənşəyi: Sort
Beynəlxalq Seleksiya Mərkəzlərindən alınmış yumşaq buğdanın yarım-quraq bölgələr
üçün regional müşahidə pitomnikindən (RBWON (SAA)-2) yerli şəraitə
uyğunlaşan buğda genotiplərindən fərdi seçmə aparılmaqla alınmışdır.
Ümumi xarakteristikası: Sort orta boyludur (96-100 sm), gövdəsi möhkəm,
yatmaya davamlıdır, məhsuldar kollanması 2,3-2,5-dir. Tezyetişkənliyə malikdir.
Məhsuldarlığı: Sortun
suvarmada orta məhsuldarlığı 7,35 t/ha olmuşdur Müxtəlif bölgələrdə keçirilən
ekoloji sınaqlar zamanı rayonlaşmış sortlardan 20-40% artıq dən məhsulu
vermişdir. Potensial məhsuldarlığı 8,0-9,0 t/ha-dır.
Dənin keyfiyyəti: 1000 dənin kütləsi 40-44 qramdır. Dəndə zülalın
miqdarı 14,2-16,0%, kleykovina 30-31% olmuşdur. Yüksək texnoloji və çörəkbişirmə
qabiliyyətinə malikdir.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Sortun tədqiqat illərində sarı pasa, sürmə xəstəliklərinə
tutulması müşahidə olunmamışdır. Tez yetişdiyindən yaz-yay quraqlığına məruz
qalmır.
"QOBUSTAN" buğda sortu
- Model: "QOBUSTAN"
- Mövcudluq: Anbarda
-
0.00
Etiketlər: "QOBUSTAN" buğda sortu