Sara Qrup şirkəti XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.

Sara Qrup şirkəti XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.


May ayının 17, 18 və 19-u Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") keçirilib. "Caspian Agro" sərgisində kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertlər, o cümlədən idxalçılar, fermerlər də daxil olmaqla, minlərlə peşəkar ziyarətçi auditoriyası bir yerə toplanıb. Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, həmçinin aqrar sahədə istafadə olunan toxum və gübrələr nümayiş olunub.



Sara Qrup şirkəti də XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib. Aqrar sahədə fəaliyyət göstərən şirkət öz məhsul və xidmətlərini nümayiş edib. Sərgidə iştirak edən digər beynəlxalq və yerli şirkətlərlə uğurlu görüşlər keçirilərək, yeni əməkalıqlara imza atılıb. Həmçinin, ölkə ərazisindən gələn fermərlərə məsləhətlər verilərək, lazımi prosedurlar izah olunub. Bu sahədə biznes qurmaq istəyənlər üçün önəmli bilgilər verilib və danışıqlar aparılıb.